Azərbaycan Basketbol Liqasında XI tura yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, turun son matçında "NTD-İndiqo" Xaçmazda "Sabah"ı qəbul edib.
Görüş paytaxt klubunun 83:79 hesablı qələbəsi ilə başa çatıb.
Turun əvvəlki oyunlarında "Sərhədçi" "Şəki"ni 112:82, "Neftçi" "Cəlilabad"ı 72:63, "Xəzri" "Gəncə"ni 96:89, "Xırdalan" "Sumqayıt"ı 100:90 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 21 xalla "Sabah" başçılıq edir. "NTD-İndiqo" 20 xalla 2-ci, eyni xala malik "Xəzri" 3-cüdür. 18 xalı olan "Neftçi" isə dördüncü pillədə qərarlaşıb.