Bu gün Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha iki oyunu keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, matçlardan biri Bakıda, digəri Qəbələdə oynanılacaq.

Günün ilk görüşü paytaxtda “Səbail” və “Zirə” komandaları arasında olacaq. Hazırda “dənizçilər” 26 xalla beşinci, “Zirə” isə 29 xalla üçüncü pillədə qərarlaşıb.

Digər oyunda isə “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. 18 turdan sonra Gəncə təmsilçisi 14 xalla doqquzuncu, tovuzlular isə 22 xalla səkkizincidir.

Azərbaycan Premyer Liqası

XIX tur

22 yanvar

15:00. “Səbail” – “Zirə”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Səbuhi Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

“ASCO Arena”

17:30. “Kəpəz” – “Turan Tovuz”

Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Vüqar Həsənli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun açılış oyununda “Neftçi” “Sabah”la qolsuz heç-heçə edib. Tura yanvarın 23-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” matçları ilə yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: