“Araz-Naxçıvan”ın bombardiri Orxan Əliyev “Qarabağ”a qarşı Azərbaycan Premyer Liqasının XIX turunun oyununa hazırdır.
NUHÇIXAN-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, mövsümün ilk yarısında 5 qol vuran hücumçu zədəsini sağaldaraq, qarşılaşma öncəsi son məşqdə kollektivlə birgə hazırlıq keçib.
Əvəzində İsmail Azzaui həkim nəzarətində müalicəsini davam etdirir. O, növbəti görüşü buraxacaq. Belçikalı yarımmüdafiəçi ilə yanaşı, braziliyalı orta sahə oyunçusu Vanderson Melo cəzalı olduğu üçün liderlə görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu saat 19:00-da başlayacaq.