Argentina millisinin kapitanı Lionel Messi ötən ilin noyabr ayında dünya çempionatının seçmə mərhələsində Uruqvay yığmasına 0:2 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçisi Lionel Skaloni ilə mübahisə edib.
NUHÇIXAN xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflərin münasibəti hələ matçdan əvvəl pozulub. Komanda üzvlərinin məğlubiyyətdən sonra əyləncə məclisinə qatılmaları barədə yayılan iddialar konflikti daha da böyüdüb. Çünki argentinalılar həmin ərəfədə əsas rəqiblərindən biri olan Braziliya seçməsi ilə qarşılaşmalı idi.
Buna baxmayaraq, Messi və komanda yoldaşları səfərdə “sambaçılar” üzərində 1:0 hesablı vacib qələbə qazanıblar.
İddiaya görə, həmin qarşılaşmadan sonra L.Skaloni 2024-cü ilin yayında Argentina millisini tərk etməyi planlaşdırdığını bildirib.