Futzal üzrə Azərbaycan millisinə texniki məğlubiyyət verilib

A- A A+

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dünya çempionatının elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini ləğv edib.

Azərbaycan Futzal Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, komitənin qərarı ilə Vitali Borisovun başçılıq etdiyi yığmaya texniki məğlubiyyət (0:5) verilib. Buna səbəb qeyd olunan matç zamanı komandanın UEFA İntizam Qaydasını pozmasıdır.

Qeyd edək ki, bu sanksiya Azərbaycan millisinin yer aldığı A qrupunda daha əvvəl iki dəfə Rumıniya kollektivinə tətbiq olunub. Belə ki, Niderland millisinin şikayəti əsasında, analoji səbəbdən UEFA Rumıniyanın Niderlanda qarşı ev və səfər oyunlarının nəticəsini ləğv edib, hər iki matçda rumıniyalılara texniki məğlubiyyət (0:5) verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: