Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları davam edir.
NUHÇIXAN xəbər verir ki, ötən gün B və C qruplarında növbəti qarşılaşmalar keçirilib.
B qrupunda iki matç baş tutub. Avstraliya və Özbəkistanın üz-üzə gəldiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra Avstraliya 7 xalla qrup birincisi, Özbəkistan 5 xalla ikinci olaraq pley-offa adlayıb.
Qrupun digər görüşündə Suriya Hindistana minimal hesabla qalib gəlib - 1:0.
C qrupunda isə İran millisi Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə üstələyərək maksimum xalla növbəti mərhələyə vəsiqəni təmin edib.
Günün son qarşılaşmasında Fələstin yığması Honkonqu 3 cavabsız qolla məğlub edib.
Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.