AFFA Premyer Liqa klublarını cərimələyib

A- A A+

AFFA İntizam Komitəsinin yeni ildə ilk iclası keçirilib.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah”la səfər matçında (0:0) dörd futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimə edilib. Həmçinin oyun vaxtı qonaq azarkeşlərin pirotexniki vasitədən istifadə etməsi klubu əlavə 1500 manat xərcə salıb.

Bundan başqa, matçdan sonra meydana kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimələnib.

“Səbail” – “Zirə” oyununda (0:0) meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə ödəyəcək.

“Kəpəz”lə qarşılaşmada (1:2) “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə nominal qonaqlar 1500 manat cərimələniblər. Tovuz təmsilçisinin futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün biri şərti olmaqla 2 oyun cəzalanıb, klubunu 1500 manat ziyana salıb. Sınaq müddəti 3 ay təyin edilib.

“Qəbələ” ilə oyunda (0:1) 4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” klubu 700 manat cərimə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: