Premyer Liqa: "Qarabağ" "Kəpəz"lə, "Zirə" "Sabah"la üz-üzə gələcək

A- A A+

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

NUHÇIXAN-ın məlumatına görə, ilk olaraq son çempion "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək. Ağdam təmsilçisi 44 xalla liderdir. Gəncə klubu 17 xalla 9-cu sıradadır.

Günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 30 xalla ikinci, qonaqlar 23 xalla 8-ci pillədə qərarlaşıblar.

Azərbaycan Premyer Liqası

XX tur

15:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: