Ölkə ərazisində müşahidə olunan isti havanın səbəbi nədir?

A- A A+

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova NUHÇIXAN-a bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23°, rayonlarda isə 22°-dək isti qeydə alınır.

“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti müşahidə olunmuşdu. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ildə 21°, 2021-ci ildə 22°, 2020-ci ildə isə 25°-dək yüksəlmişdi”, - deyə G.Məmmədova bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: