Günün birinci yarısında Bakıya və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib
Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb. Yağıntının miqdarı 9 millimetr qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.