Naxçıvanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 12-dən 15-dək havanın isti keçəcəyi proqnozlaşdırılır. Bu tarixlərdə Naxçıvan Muxtar Respublikası ərazisində havanın maksimal temperaturunun 33–38° isti, bəzi yerlərdə isə 39°-dək yüksələcəyi gözlənilir. Dağlıq ərazilərdə temperaturun 26–31° isti olacağı ehtimal olunur.

Yüksək temperaturla bağlı əhalidən günün isti saatlarında açıq havada uzun müddət qalmamaq, günəşdən qorunmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: