Sinoptiklər dağlıq ərazilərdə gözlənilən qar uçqunu ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqununun olacağı ehtimalı var.