Dekabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında hava arabir yağıntılı olub, dağlıq ərazilərə qar yağıb.
Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 santimetrdir.
Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 millimetrdir.
Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
