Naxçıvanda sabaha olan hava proqnozu

188

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək. Temperatur gecə 0 - 5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz  7 - 12 dərəcə isti olacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: