Naxçıvan Muxtar Respublikasında dekabrın 31-i axşam saatlarından başlayaraq yanvarın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.
Bu barədə NUHÇIXAN-a Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, qar yağacağı və dumanın yaranacağı gözlənilir. Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə isə arabir güclənəcək.
Havanın temperaturunun gündüz saatlarında 0–5 dərəcə isti, axşam və gecə saatlarında isə 5–10 dərəcə şaxta olacağı bildirilir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və əhaliyə ehtiyatlı olmaları tövsiyə olunur.
