Muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, Şərur, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 61, Parağaçay Qar Uçqunu Stansiyasında (Ordubad) 27, Kükü də (Şahbuz) 44, Biçənəkdə 39, Axurada (Şərur) 7 sm qeydə alınıb.
