Bəzi bölgələrə qar yağır - FAKTİKİ HAVA

A- A A+

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır.

Bu barədə NUHÇIXAN-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, fevralın 11-i saat 10:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Şahbuzda 50, Qaxda (Sarıbaş) 28, Daşkəsəndə 20, Göygöldə 18, Gədəbəydə 15, Ağdamda 14, Lerikdə 10, Tərtərdə 9, Şamaxı, Yardımlıda 8, İmişlidə 7, Qubada 6, Goranboy, Xızı, Xaltanda 4, Naftalan, Qobustanda 3, Gəncə, Bərdə, İsmayıllı, Qəbələ, Qusar, Şəmkir, Sədərəkdə 2, Mingəçevirdə 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 23, Cəlilabad, Biləsuvarda 16, Astarada 15, Göyçayda 14, Neftçala, Zərdabda 13, Sabirabad, Şərurda 12, Oğuz, Ağsuda 9, Beyləqanda 8, Yevlax, Kürdəmirdə 5, Ağstafa, Şahdağ, Şabranda 3, Naxçıvanda 2, Şəki, Zaqatala, Ceyrançöl, Tovuz, Ordubad, Balakən, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Göygöl, Tərtər, Yevlax, Göyçay, Şamaxı, Quba, Qusar, Qrız, Qax (Sarıbaş), Şəki, Oğuz, Balakən, Şəmkir, Daşkəsən, Şərurda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: