Azərbaycan ərazisində fevralın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
