Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisində martın 15-dən 18-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
Ayrı-ayrı ərazilərdə yağıntının intensivləşəcəyi, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, bəzi yerlərdə arabir 15 m/s-dək güclənəcək.
Temperatur axşam saatlarında 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta, gündüz saatlarında isə 3–8 dərəcə isti olacaq.
