Naxçıvanda əhaliyə hava ilə bağlı xəbərdarlıq edilib: güclü külək və dolu gözlənilir

A- A A+

Aprelin 4-dən 7-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NUHÇIXAN-a verilən məlumata görə, Sədərək rayonundan başlayaraq fasilələrlə yağıntılı hava müşahidə olunacaq, bəzi ərazilərdə yağıntının intensivləşəcəyi, dolu düşəcəyi ehtimal edilir.

Dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Qərb küləyi 5–10 m/s təşkil edəcək, arabir 15–18 m/s-dək güclənəcək.

Əhalidən ehtiyatlı olmaları, əlverişsiz hava şəraiti ilə əlaqədar təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: