NUHÇIXAN xəbər verir ki, muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Məlumata görə, bölgədə yağıntılı hava şəraiti hökm sürür. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərində qar yağışı qeydə alınır.
