Aprelin 29-u saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur.
Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər yerlərə isə yağış yağır.
Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Göyçayda 9, Şəki, Qaxda 8, Yevlax, İsmayıllı, Göygöl, Şahbuzda 6, Şamaxı, Xızı, Xaltan, Ağsu, Naftalanda 5, Mingəçevir, Kürdəmir, Qobustanda 4, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab, Gədəbəydə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy, Ordubadda 2, Xaçmaz, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, İmişli, Sabirabad, Biləsuvar, Lerik, Astara, Zaqatala, Şəmkir, Tovuz, Balakən, Gəncə, Naxçıvan, Şərurda 1 millimetrdir.
