Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a bildirilib ki, may ayında Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 18–22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 33–62 mm) gözlənilir.
