Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında qeyri-sabit hava şəraiti hökm sürür.
NUHÇIXAN xəbər verir ki, bu gün günorta saatlarında muxtar respublikanın Şərur və Şahbuz rayonlarının bəzi kəndlərinə dolu düşüb.
Müşahidələrə əsasən, yağan dolu dənələrinin diametri 5 mm təşkil edib.
Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılı və qeyri-sabit hava şəraiti davam edir. Hava şəraitinin həftə sonunadək fasilələrlə müşahidə olunacağı gözlənilir. Bəzi ərazilərdə yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
