Azərbaycanda iyulun 3-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Havanın temperaturu gecə 20-23, gündüz 30-35 isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 27-32 dərəcə isti olacağı ehtimal edilir.
