Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir

A- A A+

Milli Hidrometeorologiya Xidməti iyulun 16-da gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Xidmətdən NUHÇIXAN-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şimal və qərb rayonlarında yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27 isti olacağı gözlənilir.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman. Şərq küləyi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti olacağı proqnozlaşdırılır.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26°, bəzi yerlərdə 30-35° isti olacağı ehtimal olunur.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28°, bəzi yerlərdə 30-35° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin səhərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi qərb rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-38° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi bəzi yerlərdə gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 19-21° isti, gündüz 25-28° isti olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: