FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

A- A A+

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ötən gün Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti 25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: