Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

A- A A+

İyulun 28-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sabah arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacaq.

Eyni zamanda, bildirilir ki, küləkli hava şəraiti ilə əlaqədar dənizdə dalğanın artacağı gözlənilir. Bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: