Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir

A- A A+

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: