Bəzi rayonlara leysan yağıb, güclü külək əsir

A- A A+

Avqustun 28-i saat 9:00 olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Gədəbəydə 20 (aylıq normanın 37%-i), Qusarda 5, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Göygöl, Qrız, Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Neftçala və Culfada 18 m/s-dək güclənir.

Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 38, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti müşahidə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: