Bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə edilir

A- A A+

Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti saniyədə Naftalanda və Gəncədə 28, Goranboyda 27, Mingəçevirdə və Ağstafada 25, Tovuzda 24, Bakıda və Abşeron yarımadasında 23, Bərdədə 22, Ağdamda 20, Şabranda 19, Göyçayda 18, Tərtərdə və Şəmkirdə 16, Zaqatalada, Balakəndə və Şəkidə isə 15 metrə çatır.

Quba, Qusar, Xızı, Göygöl, Gəncə, Tərtərdə yağış yağır, şimşək çaxır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: