Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

A- A A+

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzər dənizində gözlənilən güclü küləklə əlaqədar gəmilərə xəbərdarlıq edib.

DDLA-dan NUHÇIXAN-a bildirilib ki, oktyabrın 2-si gündüz saatlarından Xəzər dənizinin akvatoriyasında şimal-qərb və şimal küləyinin güclənəcəyi və oktyabrın 3-ü səhərədək davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, həmin müddətdə küləyin sürəti 18-23 metr/saniyə olacaq, arabir 25-28 metr/saniyəyədək, açıq dənizdə isə 30 metr/saniyəyədək güclənəcək. Güclü külək nəticəsində dalğanın hündürlüyünün 2-3 metrə çatacağı, hava şəraitinin sonrakı inkişafında isə 3,5-5,5 metrədək yüksələcəyi proqnozlaşdırılır. Bununla əlaqədar Xəzər dənizində fəaliyyət göstərən gəmi və digər dəniz nəqliyyatı vasitələrinin heyətlərinə hava şəraitini nəzərə almaları və təhlükəsizlik tədbirlərinə ciddi riayət etmələri tövsiyə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: