Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

A- A A+

Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-də və 3-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə NUHÇIXAN-a xidmətdən bildirilib.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20.8-28.4 metrədək güclənəcək.

Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboyda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: