Naxçıvanda sabah leysan yağacaq, dağlara qar düşəcək - XƏBƏRDARLIQ

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında oktyabrın 6-sı axşam saatlarından 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağıntıların intensivləşəcəyi gözlənilir.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar muxtar respublikanın bəzi çaylarında suyun səviyyəsinin artacağı, ayrı-ayrı çaylarda qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: