Növbəti iki günün hava proqnozu: bölgələrdə yağış yağacaq, dağlıq ərazilərə qar yağacaq

A- A A+

Növbəti iki gün respublika ərazisində müşahidə ediləcək hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova NUHÇIXAN-a bildirib ki, oktyabrın 22-si və 23-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə saatlarında yarımadanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir.

Eyni zamanda, bölgələrdə də oktyabrın 22-si və 23-də fasilələrlə yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı ehtimalı var. Havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə 12-17 dərəcə isti olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: