Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda güclü dolu yağışı müşahidə olunub.
NUHÇIXAN xəbər verir ki, ərazidə yağan dolu nəticəsində torpaq sahələri ağ örpəyə bürünüb. Təbiət hadisəsi zamanı ərazidə görünüş məsafəsi də azalıb.
Qeyd edək ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib.
Dolu yağışının Sədərək rayonunda hər hansı fəsada səbəb olub-olmadığı barədə hələlik məlumat yoxdur.
