Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.
Bu barədə NUHÇIXAN-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki oktyabrın 25-i saat 10:00-a olan məlumata əsasən, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir.
Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək yağıntı qeydə alınır.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Neftçalada 48 mm (aylıq normanın 106 faizi), Biləsuvarda 21 mm (aylıq normanın 46 faizi), Mingəçevirdə 20 mm (aylıq normanın 49 faizi), Lerikdə 15 mm, Lənkəranda 11 mm, Qobustan, Astara və Daşkəsəndə 6 mm, Salyanda 5 mm, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax və İmişlidə 4 mm-dək olub.
Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağması müşahidə olunub.
Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax (Sarıbaş), Şəki, Xızı, Qrız, Göyçayda duman var, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
