Naxçıvanın bəzi yüksək dağlıq ərazilərinə qar yağıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının bəzi yüksək dağlıq ərazilərində qarlı hava şəraiti müşahidə olunub.

Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Şərur rayonunun Axura kəndində, Ordubadın Göygöl, Əyriçay və Parağaçay Qar Uçqunu Stansiyası ərazilərində, Culfanın Gədik dağında, eləcə də Şahbuzun Batabat, Kükü dağı və Keçəldağ istiqamətindəki yüksək dağlıq ərazilərdə qar qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: