Sabah Azərbaycanda intensiv yağış yağacaq, güclü külək əsəcək

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Xidmətdən NUHÇIXAN-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Səhər yağış tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi isə axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək və havanın temperaturu gecə 5-9° isti, gündüz 14-17° isti, dağlarda 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: