Naxçıvanda sabaha olan hava proqnozu

222

Naxçıvan Muxtar Respublikasında iyunun 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək, ara bir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: