"Ötən illərdə olduğu kimi, 2018-ci ilin yay aylarında anomal istilər gözlənilir".
NUHÇIXAN xəbər verir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, bu yay anomal istilərin uzunmüddətli olacağı gözlənilir: "Havanın temperaturunun normadan 5-6 dərəcə çox olduğu günlər olacaq".
U.Tağıyeva qeyd edib ki, yayda müşahidə olunan anomal istilər insan səhhətinə mənfi təsir edir: "Bu səbəbdən də, uzun müddət çöldə qalmaq məsləhət deyil. Saat 11-dən saat 17:00-dək günəş şüalarının birbaşa təsiri altında olmaq insanlar üçün təhlükəlidir".