Dekabrda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var. Dekabr ayının birinci ongünlüyünün birinci yarısında ayrı-ayrı günlərdə havanın yağıntılı keçəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəzlənəcəyi ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu 0-3° isti olacaq. Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə dağlarda 7-12° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 0-5° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 millimetr) olacağı ehtimal edilir.