Yanvarda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında yanvar ayında orta aylıq temperaturun 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 4-9°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 0-3° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-25 millimetr) bildirilir.