Naxçıvan Muxtar Respublikasında fevralın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək.Temperatur gecə 10 - 15 dərəcə şaxta, gündüz +2 - -3 dərəcə isti olacaq.