Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - martın 14-15-də gözlənilən hava proqnozunu açıqlayıb.
Departamentdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Gecə və səhər dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, martın 14-də arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 12-17° isti olacağı ehtimalı var.