Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə mayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Naxçıvan Muxtar Respublikasında may ayında orta aylıq temperaturun 16-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25°, bəzi günlərdə 28-32° isti olacağı proqnozlaşdırılır.