Azərbaycanda iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27°, gündüz 40-43° isti, Bakıda gecə 25-27°, gündüz 40-42° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 28-29°, cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda 29-30° isti olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.
Azərbaycanın rayonlarında iyulun 3-də hava şəraitinin günəşli olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 22-27°, gündüz 40-44°, bəzi yerlərdə 46°, dağlarda gecə 16-21°, gündüz 28-33° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, iyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.