Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, yanvarın 31-də cənub-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18 metr olacaq, arabir 20-23 metrədək güclənəcək.

Azərbaycanın rayonlarında yanvarın 30-da hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 metr/saniyəyədək güclənəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: