Muxtar respublikada yağıntılı hava şəraiti davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublika ərazisində dünən axşam saatlarından başlayaraq yağıntılı hava şəraiti müşahidə olunur. Şahbuz, Ordubad, Culfa və Babək rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağsa da, paytaxt Naxçıvan şəhəri və digər rayonlara sulu qar və yağış yağıb. Qarın qarınlığının Ordubad rayonun Nürgüt kəndində 34 sm-ə qədər artdığı bildirilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən isə bildirilib ki, muxtar respublika ərazisində  arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir.

Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək.

Temperatur gecə  0 - 5 dərəcə isti, gündüz  4 - 9 dərəcə isti olacaq

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: