Naxçıvanın dağ kəndlərinə qar yağır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublika ərazisində dünən axşam saatlarından başlayaraq yağıntılı hava şəraiti müşahidə olunur. Muxtar respublikanın rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağsa da, paytaxt Naxçıvan şəhəri və digər rayonlara  intensiv yağış yağıb. Qarın qalınlığının Şahbuz rayonunun Kükü kəndində 5 santimetr, Biçənək kəndində 2 santimetr, Culfa rayonunun Ərəfsə kəndində 2 santimetr və Ordubad rayonunun Nürgüt kəndində isə 5 santimetrə qədər olduğu bildirilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, muxtar respublika ərazisində havanın  arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı gözlənilir.

Saniyədə 5-10 metr sürətlə qərb küləyi əsəcək.

Temperatur gecə  0 - 5 dərəcə isti, gündüz  3 - 8 dərəcə isti olacaq

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: